Məktəb və bağçaların açılması ilə bağlı qərar verilir

  • 27.08.2020
  • 0

Uşaq bağçaları da açılacaq

"İlk növbədə virusun az yayıldığı yerlərdə başlamaqla oktyabrın 1-dək bağçaların tam açılması nəzərdə tutulur".

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, uşaq bağçaları ilə bağlı təklif olunur ki, sentyabrın 15-dən start verilsin: "İlk növbədə virusun az yayıldığı yerlərdə başlamaqla oktyabrın 1-dək bağçaların tam açılması nəzərdə tutulur. Amma bunun üçün mövcud sanitar-epidemioloji vəziyyət də uyğun olmalıdır".

****

"Biz pandemiya dövründə tədrisin təşkili ilə bağlı müzakirələr zamanı asan və rahat olan yox, ən az riskli model haqda düşünməliyik". "Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, növbəti tədris ili ilə bağlı planlar haqda tədbirin məktəb binasında keçirilməsi simvolikdir: "Dünyada 134 ölkədə təhsillə bağlı qərar verilib, 63 ölkə məktəbəşi açıb, 55 ölkə məktəbin açılacağı tarixi açıqlayıb. Biz pandemiya dövründə tədrisin təşkili ilə bağlı müzakirələr zamanı asan və rahat olan yox, ən az riskli model haqda düşünməliyik. Ümumi məntiq belədir ki, Azərbaycanda növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir. Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, qüvvədə olan normaya görə bütün təhsil müəssisələrində tədris sentyabrın 15-də bərpa edilir:"Amma epidemioloji vəziyyət nəzərə alınmalıdır".

Nə düşünürsən?