Gələn ilin dövlət büdcəsi 26 milyard civarında olacaq

  • 03.09.2020
  • 0

Gələn il Azərbaycanın dövlət büdcəsinin xərcləri 26 milyard manata yaxın olacaq. Bu, maliyyə nazirliyinin azərbaycanın 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında yer alıb. Büdcədə sosial xərclərə ayrılan vəsaitin həcmi isə 42 faiz təşkil edəcək. Gələn il ölkəmizdə səhiyyəyə ayrılacaq vəsaitin həcmi 2 milyard manatdan çox olacaq. Bu, 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəriciləri layihəsində yer alıb. Səhiyyəyə ayrılan vəsaitin həcmi büdcə xərclərinin 7,9 faizi həcmində olacaq. Həmçinin, COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci ildə də davam etdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün büdcədən müəyyən məbləğin ayrılması planlaşdırılır. Gələn ilin dövlət büdcəni əsas səciyyələndirən xüsusiyyətlərindən biri sosial yönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin artırılması olacaq. Belə ki, büdcədə sosial xərclərə ayrılan vəsaitin nisbəti 42 faiz təşkil edəcək. Bu isə o deməkdir ki, gələn ilin büdcəsi birbaşa sosial yönümlü olacaq.. Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, gələn il dövlət büdcəsində neftin 1 bareli üçün qiymət 35 ABŞ dolları götürülüb. Bu, 2020-ci illə müqayisədə eyni rəqəmdir. Gələn il dövlət büdcəsinin xərcləri 26 milyard manata yaxın olacaq. Büdcənin gəlirlərinin isə 24 milyard manatdan çox olması proqnozlaşdırılır. Gəlirlərin 57,3%-ineft sektorunun, 42,7%-iisə qeyri-neft sektorunun payına düşəcək.

Nə düşünürsən?