“Amazon” Çin bağlamalarına görə toxum idxalını qadağan etdi

  • 07.09.2020
  • 0

ABŞ-ın "Amazon" şirkəti ölkəyə toxum idxalına qadağa qoyub. Bu barədə "Wall Street Journal” firmanın bir məktubuna istinadən xəbər verib. Qəzet qeyd edib ki, qərar Çindən göndərilən qəribə bağlamalara görə şirkət tərəfindən qəbul edilib. KİV-in məlumatına görə, qadağa cümə axşamından qüvvəyə minməyə başlayıb. Bu halda "Amazon" xarici partnyorlarına öz qərarı haqqında bildirişlər göndərib və satıcıları bu təkliflərlə paylaşımları silməyə məcbur edib. Şirkətdə vurğulayıblar ki, toxumların satışı yalnız ABŞ ərazisində olan satıcılara icazə verilib. Tələbi pozanları hesabların silinməsi hədəsi gözləyir. Daha əvvəl ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, Çindən ölkəyə bağlamalarda müxtəlif bitkilərin toxumları göndərilib. ABŞ hakimiyyəti hesab edir ki, belə bağlamalar alıcılar arasında reytinqi yüksəltmək üçün internet mağazaların qeyri-dürüst sahibləri tərəfindən göndərilib. Bağlamalar artıq ABŞ-ın 20 ştatına göndərilib. İyunun sonlarından göndərilən bağlamaların sayı yüzlərlə idi. /report

Nə düşünürsən?