"AzGranata"da karantin qaydalarına məhəl qoyulmur

  • 08.09.2020
  • 0

Azərbaycanın məşhur şirkətlərdən biri olan "AzGranata"da karantin qaydaları kobud şəkildə pozulur. Dominant.az xəbər verir ki, şirkətin işçiləri COVID-19 pandemiyasına görə müəyyən edilmiş sanitar-gigiyenik qaydalara məhəl qoymadan iş prosesinə davam edirlər. Bu, “AzGranata” MMC-nin icraçı direktoru Vüqar Mikayılovun bir neçə gün öncə “Facebook” hesabından açdığı canlı yayımda öz əksini tapıb. Videodan aydın görünür ki, "AzGranata" məhsullarının hazırlandığı zavodda işçilər tibbi maskasız, ara məsafə saxlamadan çalışırlar. Zavodda onlarla işçi olmasına baxmayaraq, bircə nəfər olsa belə, tibbi maska geyinməyib.

Nə düşünürsən?