Çin daha bir peykini kosmosa göndərdi

  • 08.09.2020
  • 0

Çin yüksək görüntü imkanı təmin edən ikinci "Gaofın-11” kəşfiyyat peykini kosmosa göndərib. "Global Times” qəzeti bu barədə məlumat yayıb. Bildirilib ki, peyk Şanşi əyalətindəki Tayyuen Peyk Mərkəzindən "Long March-4B” raketi ilə göndərilib. 1 metrdən az dəqiq görüntü ilə foto çəkərək dünyaya yollayacaq peyk Yer kürəsini müşahidə, şəhərsalma, yol şəbəkəsi dizaynı və təbii fəlakətlərlə mübarizə sahələrində istifadə ediləcək. Bundan başqa, Çin Kosmik-Aviasiya Elm və Sənaye Şirkəti gələn il kosmosa nəsnələrin internet şəbəkəsini qurmaq üçün 12 peyk yollayacaq./Publika.az

Nə düşünürsən?