Həvəskar balıqçılar nə qədər balıq tuta bilər?

  • 10.09.2020
  • 0

Həvəskar balıqçılara 5 kq-dan artıq balıq tutmağa icazə verilmir. Xezerxeber.az-ın məlumatına görə, tutulan balığın çəkisi ilə yanaşı, ölçülərinə də diqqət yetirmək lazımdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsi müavini Arzu Səmədova deyib ki, körpə balıqların tutulması düzgün hesab olunmadığından, bu cür balıqlar yenidən suya buraxılmalıdır. Ov zamanı isə həvəskar balıqçılar yalnız tilovdan istifadə edə bilərlər. Arzu Səmədova bildirib ki, sənaye balıq ovu ilə məşğul olanlar qaydaları daha çox pozsalar da, həvəskar balıqçılar arasında da bu hallara rast gəlinir. Həmin şəxsləri isə 700 manatdan 1700 manatadək cərimə gözləyir. Təbiətə dəyən ziyan 1000 manatdan çox olarsa, bu halda cinayət tərkibi yarandığından məsələ hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Qeyd edək ki, ov mövsümünün ilk 10 günlüyündə 5 nəfər saxlanılaraq 3800 manat cərimə edilib. Sənaye balıq ovu ilə məşğul olan bu şəxslərdən 2 qayıq, 5 sintetik tor, 10 venterli səbət və qanunsuz ovlanan 42 balıq müsadirə edilərək götürülüb. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?