Gülbahar Şükürlünün vəziyyəti pisləşdi

  • 14.09.2020
  • 0

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, yaxınları bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısı nitqini itirməyə başladığını bildirib. “Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmaları var, səndələyir, nitqi itir. Artıq heç kimi tanımır. Yataqdadır, yerindən dura bilmir və vəziyyəti ağırlaşır. Təzyiq və baş ağrıları artır, kəskinləşir”,- deyə bildirilib. Qeyd edək ki, maddi durumu yaxşı olmayan sənətçi xəstəxanaya getməkdən və əməliyyatdan imtina edib.

Nə düşünürsən?