Ürək xəstəlikləri gündə 5 dənə yesə...

  • 16.09.2020
  • 0

İydə çox faydalı və müalicəvi giləmeyvədir. İydənin meyvələri, yarpaqları, ağacın qabığı qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində istifadə olunurdu. İydə ağacının yarpaqlarının və qabığının dəmləməsi ishal və babasil zamanı çox yaxşı kömək edir. Kaliumla zəngin olan iydə ürək-damar sistemi üçün çox faydalıdır. Kalium ürəyin normal fəaliyyətini təmin edir, ürək ritminin pozulmasının qarşısını alır. Ürək xəstəlikləri zamanı və bu xəstəliklərinin profilaktikası məqsədi ilə hər gün 5 iydə yeyin. İydə güclü büzücü təsirə malikdir və bu səbəbdən meyvənin çoxlu miqdarda istehlakı qəbizliyə səbəb ola bilər.

Nə düşünürsən?