Şəhid generalımızın xatirəsinə möhtəşəm ərmağan

  • 16.09.2020
  • 29 baxış
  • 0

Vətənimizin azadlığı uğurunda canından keçən qəhrəmanların xatirəsi hər birimizin qəlbində yaşayır. Elə Qəbələ sakini Məcnun Rəfiyev kimi. Haqqında danışacağımız qəhrəmanımız Azərbaycan ordusunun general-mayoru, şəhid Polad Həşimovun çay daşlardan partiretini hazırlayıb. O, şəhidin ruhuna olan sevgisini əl işləri ilə ifadə edib. General Polad Həşimovun portiretinin hazırlanması zamanı 50 minə yaxın xırda çay daşından istifadə olunub.Bir çox tarixi şəxsiyyətlərin portiretlərini hazırlayan Qəbələ sakini Məcnun Rəfiyev deyir ki, bu işə könüllü olaraq başlayıb.O, Polad Həşimovun portiretini hazırlamaqla şəhidin ruhuna olan sevgisini ifadə etmək istəyib. Həttda əl işini hazırlayarkən şəhidin ata yurdundan götürdüyü daşlardan da istifadə edib. Məcnun Rəfiyev hazırda portiretləri 3 ölçüdə olan xırda daşlardan hazırlayır. O gələcəkdə də müxtəlif tarixi şəxsiyyətlərin, qəhrəmanların portitetini hazırlayacağını bildirib. Məcnun Rəfiyev deyir ki, Şəhid Polad Həşimovun portiretini hərbi hissələrdən birinə hədiyyə edəcək.

Nə düşünürsən?