Sevgilisi ilə dalaşan qız özünü hərəkətdə olan avtomobildən atdı

  • 16.09.2020
  • 0

Türkiyənin Karabük vilayətində qız hərəkətdə olan avtomobildən özünü atıb. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə “Atatürk” prospektində qeydə alınıb. Məlumata görə, M.A.P yanındakı xanım sevgilisi B.E.K ilə hərəkətdə olan avtomobilin içərisində mübahisə etməyə başlayıb. Ardınca oğlana əsəbiləşən sərxoş qız, avtomobilin qapısını açaraq özünü yola atıb. Avtomobilini dayandıran sürücü sevgilisinin yanına gələrək onu qaldırmağa çalışıb, lakin o, yoldan durmaq istəməyib. Bundan sonra oğlan onu sürükləyərək yol kənarına çəkib və bir-iki şillə vurub. Daha sonra qadını avtomobilinə mindirən sürücü, hadisə yerindən uzaqlaşıb. Bildirilir ki, insidentdən sonra B.E.K, polis şöbəsinə gedərək sevgilisindən şikayətçi olub. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır. Namiq Musayev

Nə düşünürsən?