Brilliant Dadaşova onların heç birini tanımır

  • 17.09.2020
  • 119 baxış
  • 0

Xalq artisti Brilliant Dadaşova müğənnilərlə bağlı açıqlamaları ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, müğənni "5/5" verilişində qonaq olarkən ona sənət adamlarının fotoları göstərilib. Natavan Həbibinin şəklini görən Dadaşova "Bu qız kimdir" sualını verib. Kənardan Natavanın adı deyildikdən sonra isə ifaçı "Burada başqa cür düşüb. Natavanın bir mahnısı var idi, gecə-gündüz ona qulaq asırdım" sözlərini söyləyib. Daha sonra müğənniyə Günay İbrahimlinin fotosu göstərilib. İfaçı həmkarını tanımadığını, heç bir mahnısını bilmədiyini deyib: "Bu qızın üzünü çox görmüşəm, amma mahnıları yadımda deyil. Bu qızı mənimlə Zamiq studiyada tanış etmişdi. Mahnılarını məclisdə eşitmişəm, amma yadımda qalmayıb". B.Dadaşova Damla və Şəbnəm Tovuzlu haqda da eyni reaksiyanı verib. O, hər iki ifaçının adını çox eşitdiyini, amma mahnılarını bilmədiyini söyləyib.

Nə düşünürsən?