Yüz minlərlə insan təhlükədə

  • 18.09.2020
  • 0

Şəhərin müxtəlif yerlərində, xüsusən də tikinti gedən ərazilərdə iri həcmli qaldırıcı kranlar var. Və bu kranların altından hər gün yüzlərlə, minlərlə insan keçir. Hər keçən insanın içində bir qorxu olur və sual yaranır ki, bu kranlar aşa bilərmi? BiG.AZ xəbər verir ki, ARB TV-də yayımlanan “Günə doğru” verilişində məsələ ilə bağlı ətraflı sujet yayımlanıb. Bir neçə gün əvvəl paytaxtın Nəsimi rayonundakı tikintilərdən birində aşan kran yaxınlıqdakı avtomobillərə və binaya ziyan vurdu. Kran operatorunun həyatını itirdiyi son hadisə göstərdi ki, hər gün ətrafından keçdiyimiz kranların heç də hamısı təhlükəsiz deyil. Hər an başımıza aşa bilər.

Nə düşünürsən?