1100-dən çox vətəndaş öz kiçik təsərrüfatını quracaq

  • 18.09.2020
  • 0

Aktivlər vətəndaşlara təqdim edildi Əliövsət ibrahimov öz kiçik təssərüfatını qurmaq üçün Özünüməşğulluq proqramına qoşulan fermerdir. Artıq o təssərüfat sahəsini genişləndirmək üçün aktivlərlə təmin edildi. Bu il məhz kənd təssərüfatı üzrə 1100-dən çox proqram iştirakçi sahibkarlığa çıxış əldə edəcək. Vidadi Daşdəmirovda verilən aktivlər hesabına xırda və iribuynuzlu heyvandarlıq sahəsi üzrə öz kiçik müəssələrini quracaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təlimləri uğurla başa vuran və biznes planlarını müdafiə edən digər fermerlərdə aktivlərlə təmin edilir. Aktivlər təqdim olunduqdan sonra fermerlərlə müqavilə imzalandı və onlar verilən aktivləri öz həyətlərində qurduqları kiçik fermaya gətirdilər. Qeyd edək ki, bu il 12 min ailənin Özünüməşğulluq proqramına cəlb olunması və biznes planları müsbət dəyərləndirilənlərin aktivlərlə təminatı işləri aparılır.

Nə düşünürsən?