Azərbaycanda dəhşətli hadisə: Yaralılar var

  • 18.09.2020
  • 0

Abşeronda yol qəzası olub. Oxu24.com APA-ya istinadən bildirir ki, qəza rayonun Saray qəsəbəsi, Heydər Əliyev küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili "Ford" markalı yük maşını ilə toqquşub. Hər iki sürücüsü xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.