Qayda pozan sürücüyə protokol tərtib olundu

  • 18.09.2020
  • 0

11 sentyabr tarixində Ziya Bünyadov prospektində təhlükə yaşadan sürücülərlə bağlı xəbər verib, videogörüntü paylaşmışdıq. Bir neçə gün əvvəl isə Bakı Şəhəri Baş DYP idarəsindən rəsmi məlumat verildi ki, 10 ZP 307 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsünə protokol tərtib olunmuşdu. 99 UV 168 DQN-lı avtomobilin sürücüsü isə müəyyən olunub idarəyə dəvət olunmuşdu. Bu gün idarədən YPX.AZ saytına verilən rəsmi məlumata əsasən artıq həmin sürücü də idarəyə gəlib və ona inzibati protokol tərtib olunub. YPX.AZ olaraq DYP rəsmilərinə operativ fəaliyyətinə görə təşəkkür edirik, sürücüləri isə qaydalara əməl edib təhlükə yaşatmamağa səsləyirik.

Nə düşünürsən?