Xəstəxananın ətrafı tullantılardan təmizlənib

  • 18.09.2020
  • 0

İki gün əvvəl Yevlax Mərkəzi Xəstəxanasında istifadə olunan tibbi tullantıların müəssisənin ətrafına atılması haqda xəbər vermişdik. Ərazidə yaşayanlar pandemiya dövründə belə vəziyyətin onlar üçün çox təhlükəli olduğunu bildirmişdilər. Sakinlərin haqlı narazlığına səbəb olan problem artıq öz həllini tapıb. Xəstəxana isə cərimə edilib, tullantıların daşınması üçün isə aidiyyatı qurumla müqavilə imzalanıb.

Nə düşünürsən?