Təcili yardım maşını mikroavtobusla toqquşdu

  • 19.09.2020
  • 181 baxış
  • 0

Masazır qəsəbəsi, Ə. Vahid küçəsində qəribə vəziyyət yaranıb. BiG.AZ xəbər verir ki, bu barədə "MediaPost"a oxuculardan biri video göndərib. Videodan görünür ki, 90 JM 982 dövlət nömrə nişanlı təcili tibbi yardım maşını yolun əks istiqamətinə çıxıb. Onun qarşısını isə "Mercedes" markalı sərnişin mikroavtobusu dayanıb. Marşrut avtobusu işıqforun qırmızı işığında dayanan zaman əks istiqamətdə hərəkət edən təcili yardım maşını onunla toqquşub. Ona etiraz edən sürücülərə isə "xəstə yanına gedirəm" deyə cavab verilir. Qeyd edək ki, operativ nəqliyyat vasitələri zəruri olduqda qaydaları poza bilər. Amma bu zaman təhlükəsizlik qaydalarına riayət edilməli, sayrışan işıq və xüsusi səs siqnalı eyni vaxtda qoşulmalıdır. Digər sürücülər isə təcili yardım maşınına yol verməlidir. Lakin bir məqam da var ki, xəstə yanına tələsənda qaydalara əməl etməyib başqa birini xəstəxanalıq etmək də olar. Videonu təqdim edirik:

Nə düşünürsən?