Altı aylıq uşaq su xizəyi ilə dünya rekordunu qırdı

  • 23.09.2020
  • 0

ABŞ-ın Yuta ştatında Pauell gölünün şəffaf sularını keçən balaca amerikalı planetin ən gənc su xizəkçisi kimi dünya rekordunu təzələyib. Sfera.az xəbər verir ki, altı ay dörd günlük Riç Keysi Hamferisin görüntüləri ailənin "Instagram” hesabında paylaşılıb. Şərhlərdə bir çoxları Riçin bu nailiyyətini yüksək qiymətləndirsələr də, valideynləri məsuliyyətsizlikdə təqsirləndirənlər də az olmayıb. Riçə qədər dünya rekordu floridalı Zayla Sent Onja aid olub. 2016-cı ildə o, altı aylıq və 27 günlük olarkən su xizəyini sürüb.

Nə düşünürsən?