Rza Diqqətidən Cəlaləddin Rumiyə ithaf: "Atəşin rəqsi"

  • 24.09.2020
  • 0

Bildiyiniz kimi Mövlana Cəlaləddin Ruminin anadan olmasının 800 illiyi YUNESKO tərəfindən təmtəraqla qeyd olunub və 2007-ci il "Dünya Mövlana İli" elan olunub. Bu video dünyaca məşhur fotojurnalist, Fransa Fəxri Legionunun Kavaleri, həmvətənlimiz Rza Diqqəti Ruminin 800 illiyi münasibətilə ərsəyə gətirib. Videoda dünyanın müxtəlif ölkələrindən irqi, dini, rəngi fərqli olan insan mənzərələrinə şahid olursunuz.

Qeyd edək ki, Rza Diqqəti "National Geographic", "Geo" və digər dünyaca məşhur jurnalların fotoqrafı kimi əsasən müharibə bölgələrindən fotoreportajlar hazırlayır. Xaraktercə humanist və idealist olan Rza bəy həm də xeyriyyəçiliklə məşğuldur. Əsasını qoyduğuğu "Reza Visual Academy" fondu dünyanın bir çox yerlərində qaçqın düşərgələrində, maddi sıxıntı içində böyüyən uşaqlara dəstək məqsədilə qurulub və fəaliyyətini davam etdirir.

Dünyanın 100-dən artıq ölkəsində 250-dən çox sərgisi təşkil olunan Rza Diqqəti Azərbaycana məhəbbətini daim öz fəaliyyətində tərənnüm edir. Onun 2014-cü ildə işıq üzü görən “Məşəlin zərifliyi”, “Körpələr üzərində işgəncə” kitabları qanlı yanvar hadisələrinə və Qarabağ müharibəsinə həsr olunub.