18 metr hündürlükdə insanabənzər döyüş robotu hazırlanıb

  • 25.09.2020
  • 0

Yaponiyalı mütəxəssislər 18 metrlik "mech” (insanabənzər döyüş robotu – red.) hazırlayıblar. "Gundam” adlanan nəhəng robotla bağlı kadrlar sosial şəbəkələrdə yayımlanıb. O da vurğulanır ki, "mech” bu mərhələdə çox yavaş hərəkət edir, video dörd dəfə sürətləndirilib. Kod.ru-nun məlumatına görə, "Gundam”ın hərəkət spektri böyükdür: barmaqlarını qatlaya, dizlərini bükə bilir. Bununla belə, onun heç bir funksional təyinatı yoxdur. "Gundam” sadəcə anime-serialların fanatlarını sevindirəcək.

Nə düşünürsən?