"Oğlum dilə gəlib deyir ki, ailəmizdən danışma"

  • 25.09.2020
  • 0

Müğənni Zenfira İbrahimova onlar haqqında yazılan xəbərlərin ailə üzvlərinə olan psixoloji təsirindən danışıb. BiG.AZ xəbər verir ki, bu barədə o, ARB TV-nin “Xəbər Ətər” verilişinin qonağı olarkən bəhs edib: “2 övladım var. Qızımın 16, oğlumun isə 11 yaşı var. Artıq oğlum İbrahim dilə gəlib. Deyir ki, “Ana, efirə çıxanda ailə haqqında danışma. İstəmirəm sənin haqqında yazsınlar”. Çox vaxt da həyat yoldaşımla mənim haqqımda yazıb- pozurlar. Deyirlər ki, Anar sənin ikinci həyat yoldaşındır. Bunu hətta tanınmış aparıcı da dedi. And olsun ki, bu belə deyil və məni tanıyan insanlar da bilir. Neçə illik rəfiqələrim Humay və Gülay da bilir. Asəf Zeynallıya daxil olandan sonra biz Anarla tanış olmuşuq və 2005-ci ildə ailə həyatı qurmuşuq. Bilib-bilmədən danışırlar. Bütün bunlar ailə üzvlərimizə və övladlarımıza təsir edir”.

Nə düşünürsən?