DYP-dən Bakıda Əfqanıstan səfirinə qarşı hörmətsizlik

  • 25.09.2020
  • 0

DYP-dən Bakıda Əfqanıstan səfirinə qarşı hörmətsizlik edilib. Bax.tv-nin Etibarlı mənbədən aldığı məlumata görə dünən, yəni sentyabr ayının 24-də təqribən 13:30 radələrində Yasamal rayonu Mətbuat prospektində, Həyat klinikasının yaxınlığında naməlum səbəblərdən Əfqanıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenayın 063D001 nişanlı Mercedes e300 markalı xidməti avtomobili qanunsuz olaraq saxlanılıb. Avtomobil DYP-nin iki ədəd avtomobili ilə əhatəyə alınaraq blok edilib. Səfir hadisə vaxtı maşında olmayıb. Patrul xidmətinin işçiləri sürücüdən maşını evakuasiya etmələri üçün maşını tərk etməyi tələb etmişlər. Bir saat sonra səfir özü hadisə yerinə yaxınlaşıb. Səfirin DYP-nin Cenevrə konvensiyasını və diplomatik toxunulmazlığını pozduqları barədə xəbərdarlığına məhəl qoyulmamışdır. Yol polisləri ratsiya vasitəsilə əmr gəldiyini və səfirin onlarla birlikdə rəhbərliyə getməsini tələb etmişlər. Səfir getməkdən imtina edib, çünki onun səlahiyyətinə DİN-nin şöbə müdirləri ilə ünsiyyətə girməsi daxil deyil. Əlbəttə ki, nazir özü istisna olmaqla. Səfir mövcud konflikti həll etmək üçün XİN-nə getməyi təklif edir, lakin rədd cavabı alır. Uzun sürən danışıqlardan sonra patrul xidməti maşını azad edir və hadisə yerini tərk edir. Hazırda hadisə üzrə XİN-də araşdırılma aparılır. Həm patrul xidmətinin, həm də rəhbərliyin hərəkətlərinə hüquqi qiymət verilir.

Nə düşünürsən?