“Qırımızı”dan keçən “Honda” lokomotivlə toqquşdu

  • 25.09.2020
  • 0

Rusiyanın Mariy El Respublikasında minik avtomobilinin və təmir lokomotivinin iştirakı ilə qəza baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər veriri ki, hadisə “Yoşkar-Ola-Kozımodemıyansk” avtomagistralının 9-cu kilometrliyində qeydə alınıb. Məlumata görə, qadın sürücü idarə etdiyi “Honda” markalı minik avtomobili ilə, dəmir yol keçidində svetoforun qırmızı işığından keçərək təmir lokomotivi ilə toqquşub. Qəza nəticəsində avtomobil sürücüsü xəsarətlər alıb. Yaralı, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Namiq Musayev

Nə düşünürsən?