Bəzi rayonlara yağış yağacaq

  • 25.09.2020
  • 0

Bakıda sentyabrın 26-da havanın dəyişkən buludlu keçəcəyi gözlənilir Sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə REAL-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Nə düşünürsən?