Milli Qəhrəmanımız şəhid oldu | Şükür Həmidov kim idi?

  • 23.10.2020
  • 0

Milli Qəhrəmanımız şəhid oldu | Şükür Həmidov kim idi? Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidov şəhid olub. Şükür Nəriman oğlu Həmidov 1 mart 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində anadan olub. O, 8-ci sinfə kimi Qubadlı rayonunun Başarat kənd orta məktəbində oxuyub. Daha sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 1993-cü ildə isə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. O, hələ hərbi liseydə təhsil aldığı vaxt, könüllü olaraq döyüşlərə getmək arzusunu komandanlığa bildirmişdi. Şükür Həmidov 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək leytenant rütbəsində Naxçıvanda hərbi hissələrin birində tağım komandiri kimi fəaliyyətə başlayır. Çox keçmir ki, bölük komandiri, sonra isə tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə irəli çəkilir. Bir müddətdən sonra ona daha bir məsul vəzifə verilir. O, N saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin edilir. Şükür Həmidov işləyə-işləyə təhsilini də davam etdirərək, Hərbi Akademiyanın müdavimi olur. Bundan sonra o, müxtəlif hərbi hissələrdə tabor komandiri, qərargah rəisi, hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri kimi məsul vəzifələrdə işləyir. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov "Azərbaycan Respublikasının Milli Qəhrəmanı" adına layiq görülüb və Azərbaycan Respublikasının Prezidenti şəxsən özü ona "Qızıl Ulduz" medalı təqdim edib. 10 may 2016-cı il tarixində müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub və Şükür Həmidovla görüşüb. Aprel ayının əvvəlində Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə polkovnik-leytenant Şükür Həmidova Müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub. Şükür Həmidov 2020-ci il sentyabrın 27-dən torpaqlarımızın işğaldan azad edilməsi üçün başlanmış əks-hücum əməliyyatlarında qəhrəmancasına vuruşaraq, anadan olduğu Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət etsin! Ruhları şad olsun! Musiqi: The Emperor's Army Rəqs & Elektron Dramatik Jeremy Blake 6:08 noy 2018 TarPas kanalının təqdimatı: https://youtu.be/xtoXlnTmCQw TarPas kanalı "bax.tv"də: https://bax.tv/az-channel/605.html TarPas "twitter"də: https://twitter.com/Cekli829 Tövsiyə etdiyim videolarım: ➡Missisipidə doğulub, İstanbulda ölən unikal insan – Qara Rus – Frederik Brüs Tomas https://youtu.be/350YFZ5rfPA ➡Gözəl kimdir? | 18+2 ölkədə gözəllik kriteriyaları | Qeyri-səlis məntiqin yaranması https://youtu.be/0a5w3gD5nMs ➡Hallabonq / Dekopon nədir? Portağal, yoxsa mandarin? Azərbaycan onu əkən 5-ci ölkədir https://youtu.be/E1ztUz7wPro ➡Toy ildönümləri https://youtu.be/Nu4ID4l1YV0 ➡Oktoberfest — Almaniyada hər il keçirilən pivə festivalı https://youtu.be/WVa9JrUv8ak ➡Kahin Şipton Ananın həyatı | Nostradamus, Vanqa və başqalarından da qüdrətli kahin - II hissə https://youtu.be/RQOGD2_cwMk ➡Əjdaha meyvəsi / Pitahaya, Pitaya, Kaktus meyvəsi, Ejder meyvesi, Dragon fruit - Tropik superqida https://youtu.be/8fMJ2nTzYNw ➡Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana / Rosh Hashanah / ראש השנה https://youtu.be/zXYVomBFJRw ➡Ge Hinnom vadisi – Bu Dünyadakı cəhənnəm, tarix boyu dünyanın ən qorxulu yeri https://youtu.be/VWOiTLOBcno ➡Ölülər Günü / Latın Amerikasında – əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunur https://youtu.be/lL-zRmz1iSM ➡İmza nədir? 100 məşhur şəxsin imzası https://youtu.be/1Z0ibH1Y4OY ➡Yapon əzgili - Yeni dünya meyvəsi / Muşmula və onun faydaları https://youtu.be/JkX4r3Z2NSs ➡Kinkan meyvəsinin faydaları https://youtu.be/FUn-0l8skTI ➡Qubada futbol https://youtu.be/GTifozD-Mlk Musiqi: YouTube Library

Nə düşünürsən?