Qothenburq İsveç Film Festivalı ən dramatik təcrübəni həyata keçirmək qərarına gəlib. Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün 1 nəfər könüllü axtarılır. Festival həmin şəxsi Şimal dənizindəki Pater Noster mayakının yerləşdiyi qaranlıq adaya yollayacaq. Könüllü 1 həftə ərzində telefon, kitab olmadan festivalın 60 filmini izləməlidir.