Bakıda polis qadınları gizlin yerdə tutdu

  • 14.01.2021
  • 0

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı rayon ərazisində karantin qaydalarını pozaraq fəaliyyət göstərən moda evi aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 28 may küçəsində yerləşən binada fəaliyyət göstərən moda evinin sahibi D.Bağırova və dərzi kimi işləyən S.Mərdəliyeva 22-ci Polis Bölməsinə dəvət olunub. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib.

Nə düşünürsən?