Maşın körpüdən aşdı:2 nəfər öldü

  • 14.01.2021
  • 8.7K baxış
  • 0

Şəkidə minik avtomobili körpüdən aşıb, ölən və xəsarət alanlar var. APA TV-nin məlumatına görə, hadisə Daşüz kəndi ərazisində baş verib. Qax rayonu Şotovar kənd sakini, 1995-ci il təvəllüdlü Rəvan Məcidovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olarkən körpüdən aşıb. Qəza zamanı sürücü Rəvan Məcidovun qardaşı, 1998-ci il təvəllüdlü Kənan aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Sürücü Rəvan Məcidov və avtomobildə olan digər sərnişin, Qax rayonu Turaclı kənd sakini 1998-ci il təvəllüdlü Hüseyn Hüseynov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?