Sahibi üçün ağlayan pişik hər kəsi kövrəltdi

  • 22.02.2021
  • 0

Çində "Fu Fu" ləqəbli pişiyin sahibi ölkədə keçirilən milli Yeni il bayramını qeyd etmək üçün qohumlarının evinə gedərək heyvanı tək qoyub.

BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, bir müddət sonra "Fu Fu"nun vəziyyətini yoxlamaq üçün evdə quraşdırılan müşahidə kamerasına baxdıqda qadın çox təsirli bir mənzərəylə qarşılaşıb.

Belə ki, kameraya baxarkən sahibinin səsini mikrofondan eşidən pişiyin gözləri dolub.

Qadının sözlərinə görə, "Fu Fu" tamamilə sağlamdır və yalnız narahat olanda, yaxud ac olanda ağlamağa başlayır. Heyvana ürəyi yanan sahibi vaxtından tez evə qayıtmaq qərarına gəlib. Videoda pişiyin sevinclə ona tərəf qaçdığını əks etdirən kadrlar da yer alıb.

Nə düşünürsən?