"Məni qızlarımla görüşməyə qoymur"

  • 23.02.2021
  • 0

İkinci dəfə evlənən klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu şok faktların üstünü açdı.

BiG.AZ xəbər verir ki, klarnet ifaçısının keçmiş həyat yoldaşı ona qızları ilə görüşməyə qadağa qoyub.

Musiqiçi özü bu haqda "ATV maqazin onlarla" proqramına açıqlama verib.

Danışarkən kövrələn Hüseyn bildirib ki, "İki övladım var və onları görə bilmirəm. Hər gün yanlarına gedərdim.Sadəcə analarını sayəsində məni bloka atıblar. İstəməzdim uşağı mənə qarşı silah kimi istifadə etsinlər.İstəyərdim ki, uşaqlarım yanımda olsun. İnanıram ki, qızlarım böyüyüb hər şeyi başa düşüb özləri yanıma qayıdacaqlar.Mən onların hər ikisi üçün evlərinə qədər almışam.Bir neçə ay öncə məndən müsahibə alsaydınız mən ağlayardım. İndi-indi özümə gəlirəm.

Mən ailəmi dağıtmamışam ki, ailə qurum. Mən bir neçə müddət sonra ailə qurmuşam. İndi əsas odur ki, xoşbəxtəm.Aysel xanım özü də qərar verib ki, zamanını vaxtının çoxunu ailəsinə xərcləsin"

Qeyd edək ki,Hüseyn Məhəmmədoğlu ikinci dəfə aktrisa Aysel İbrahimova ilə ailə qurub.

Sözügedən açıqlamanı tam şəkildə təqdim edirik:

Nə düşünürsən?