2020-ci il ərzində 2055 əməliyyat, altı ölü, səkkiz yaralı

  • 02.01.2021
  • 0

2020-ci il ərzində Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli və Qaradağ rayonları ərazisində 7 mina partlayışı qeydə alınıb. Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) məlumat yayıb. Məlumata görə, mina partlayışları nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 6 nəfər isə həlak olub. Ötən ilin 27 sentyabr tarixindən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının dinc əhalisinə qarşı törədilmiş cinayətlər nəticəsində 93 nəfər həlak olub, 410 nəfər yaralanıb.

Nə düşünürsən?