6 Saatdan Sonra BAŞ VERƏCƏK! - HƏR KƏS GÖZLƏYİR!

  • 24.11.2020
  • 0

Sabah, 25 noyabrda Azərbaycanın Kəlbəcər rayonu işğalçı Ermənistan ordusu tərəfindən azad ediləcək. Dekabrın 1-dək isə Laçın rayonu düşmən tapdağından tam təmizlənməlidir. İndi hər kəsi düşündürən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və Xocavəndin sonrakı taleyidir. Siz Bir bax kanalındasınmız. Diqqətiniz bizdə olsun! Hazırda bu bölgədə Rusiya sülhməramlıları fəaliyyət göstərir. Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident İlham Əliyevlə görüşü zamanı bildirib ki, sülhməramlı qüvvələrin orada 23 postu var. “Təmas xəttində təhlükəsizliyi təmin etmək üçün magistral tərəfdə yerləşən bu postlar nəzarətə götürülüb. Köçkünlərin qayıtması başlanıb. Həmin ərazidəki əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir. Rusiya prezidenti Vladimir Putin “Rossiya 1" telekanalının efirində Dağlıq Qarabağ ərazisinin hansı ölkəyə məxsusluğu məsələsini şərh edib. Kreml rəhbəri Qarabağın Azərbaycana məxsus olduğunu bildirib. “Ermənistan heç özü Dağlıq Qarabağın müstəqilliyini tanımadı. Bu o deməkdir ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ və ətrafındakı rayonlar Azərbaycan Respublikası ərazisinin ayrılmaz hissəsidir”, - deyə Rusiya lideri bildirib. Son günlərədək Ermənistanın təəssübkeşi qismində çıxış edən Fransa prezidenti Emmanuel Makron da Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib. “Qarabağ və ətrafındakı ərazilər beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir və suveren ölkə tərəfindən müraciət olmadıqca biz ora müdaxilə edə bilmərik”, - deyə Makron bildirib. Həmsədr ölkələrin üçüncüsü, ABŞ-ın isə başı seçkisonrakı proseslərə qarışsa da, yay aylarında Konqresin Ermənistanı işğalçı ölkə olaraq tanıması unudulmayıb. Beynəlxalq hüquq keçmiş Dağlıq Qarabağ daxil, Ermənistanın işğalı altında olmuş bütün ərazilərin Azərbaycana məxsus olduğunu təsdiqləyir. Ancaq Rusiya sülhməramlılarının 5 illik fəaliyyəti, Moskvanın bu bölgədə həyata keçirdiyi layihələr bir sıra hallarda narahatlıq doğuran fikirlər yaradır. Xankəndi, Xocavənd, Xocalı, Ağdərənin idarərtmə mexanizmi məsələsinə toxunan Deputat Vahid Əhmədov bildirir: Bizim icra hakimiyyəti, hüquq-mühafizə orqanlarımız sözügedən ərazilərdə işləməyə başlasınlar. O halda yavaş-yavaş Azərbaycan əhalisinin də bu ərazilərə qayıtması üçün şərait yaranacaq. Həmin ərazilərdə idarəetmə mexanizmlərinin qurulmasına dövlət səviyyəsində baxılacaq. Putin də, Makron da bunu açıq şəkildə bəyan etdi, bu böyük qələbədir. Bundan sonra geriyə yol yoxdur. Mən deməzdim ki, bu ərazilər ermənilərdə qaldı. Məlumdur ki, bütün bu rayonlar və şəhərlər Azərbaycanın əraziləridir. Təbii ki, bu rayonlarda ermənilər də yaşayıb və gələcəkdə də Azərbaycan Konstitusiyasının tələblərinə uyğun olaraq yaşayacaqlar. Yəni hazırda bu rayon və şəhərlər üçün hansısa statusdan söhbət getmir”. Qüdrət Həsənquliyev Millət vəkili Qüdrət Həsənquliyev deyir: İndi qarşımızda duran əsas məsələ dekabrın 1-dən sonra Ermənistanla bütün sərhəd boyunca, xüsusilə Laçın keçidində sərhədçilərimizin yerləşdirilməsi, Dağlıq Qarabağın qaz və elektrik enerjisi ilə təchizatını Azərbaycanın öz üzərinə götürməsi olmalıdır. Qalan məsələləri də ağıl və təmkinlə addım-addım həll edəcəyik. Beləliklə, biz Xankəndi, Xocalı və Xocavəndə qayıdışımızı gözləyirik. Hazırda orada Rusiya sülhməramlılarına arxayın olan Araik kimi barəsində cinayət işi qaldırılan canilər “at oynatmaq”da davam edə bilməyəcəklər.