Afaq Bəşirqızı: "Sizə ar olsun"

  • 21.04.2020
  • 0

Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurası (MTRŞ) ARB telekanalının efirində 21 aprel tarixdə proqramların yayımının saat 10:00-dan saat 16:00-dək dayandırılması haqqında qərar qəbul edib.

Buna sözügedən telekanalda yayımlanan “Elgizlə izlə” verilişində söyüş məzmunlu informasiya yayımlanması səbəb olub. Redaktor.az xəbər verir ki, sözügedən veriliş kanalın internet arxivindən silinsə də, efirdə söyüş söyən şəxsin Afaq Bəşirqızı olduğu iddia edilib.

Qeyd edək ki, Afaq Bəşirqızı bir müddət öncə Teatr Xadimləri İttifaqının 14-cü konfransını yarımçıq tərk etmişdi. O, Teatr Xadimləri İttifaqını və onun sədri Xalq artisti Azər Paşa Nemətovu sərt şəkildə tənqid etmişdi. Həmin görüntüləri təqdim edirik:

Nə düşünürsən?