Azərbaycan Zəngəzurda nə qədər ərazini geri alıb?

  • 14.01.2021
  • 0

Sürətli və sarsıdıcı qələbə Azərbaycana Ermənistanla münasibətdə daha qətiyyətli diplomatik mövqe ortaya qoymaq imkanı yaradıb. Moskvadakı üçtərəfli görüş də bundan xəbər verirdi. Görüşə qədər isə Zəngəzurda zəbt olunan torpaqların bir hissəsinin Azərbaycana qaytarılması prosesi başlamışdı. Məğlubiyyət faktı Ermənistanı yeni reallıqla üz-üzə qoyub. Ələ keçirilən ərazilərin itirilməsi xəbərlərini Ermənistan cəmiyyəti böyük həyəcanla izləyir. Ölkə saytları həmin yerlərdən reportajlar hazırlayır, ard-arda xəbərlər verir. Zəngəzurdakı əhalinin sarsıldığı müşahidə edilir. Etiraz aksiyaları keçirilir, yolları bağlayırlar... Azərbaycan tərəfi isə təhvil-təslim prosesini bütün prinsiplərə uyğun aparır. Ermənistanın ombudsmanı Arman Tatoyan mətbuat konfransı keçirərək Azərbaycana təhvil verilən torpaqlardan danışıb. O, əhalinin prosesdən zərər çəkdiyini deyib. “Tex icmasına daxil olan Xoznavar (Xəzinəvar – red.), Xnatsax (Xanazax - red.) kəndlərində 2 min hektara qədər ərazi itirmişik. Şurnuxda 11 ev düşmənə verilib. Vorotanda (Urud – red.) şəxsi torpaq sahəsi və icmanın mülkiyyəti sayılan ümumilikdə 236 hektar əldən gedib. İcraiyyə komitəsinin verdiyi ərazilərdə tikilən 18-20 bağçılıq evləri də itirilib”,- deyə ombudsman bildirib. ___________________________________________________________________________ ► Kanalda hər hansı video haqqında etirazınız olarsa , bizə bildirin. Video dərhal silinəcək. ► İnstagram : https://www.instagram.com/Seyyar_Tv

Nə düşünürsən?