Bakıda güclü yanğın başladı

  • 24.01.2021
  • 0

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. “Report”un məlumatına görə, hadisə Yeni Yasamalda, Şeyx Məhəmməd Xiyabani küçəsindəki doqquz mərtəbəli binada qeydə alınıb. Belə ki, binanın 8-ci mərtəbəsindəki mənzillərdən birində alovlanma baş verib. Əraziyə yanğınsöndürənlər cəlb edilib və yanğın söndürülüb.