Bu videodakı əsgər kimdir?- Detallar

  • 26.11.2020
  • 0

Dünən axşamdan bəzi sosial media istifadəçiləri "Tik-tok"da video paylaşaraq "Amin əsirlikdən geri qayıtdı" deyə dezinformasiya tirajlayırlar. Publika.az xəbər verir ki, videodakı şəxs AzTV-nin əməkdaşı Cavad Ağayevin oğlu Nəriman Ağayevdir. Nəriman da 44 günlük müharibənin aslanlarındandır. Sağ-salamatdır, hərbi hissəyə geri qayıdıb. Tezliklə erməni əsirliyində olan bütün azərbaycanlıların, eləcə də Aminlə Bayramın da azadlığa qovuşacağına inanırıq.

Nə düşünürsən?