Çavuşoğlu öldürülən azərbaycanlı dənizçidən danışdı

  • 25.01.2021
  • 0

"Həyatını itirən azərbaycanlı qardaşımızın cəsədi gəmidən götürülərək Qabona aparılıb. Orada İslam qaydalarına uyğun şəkildə kəfənlənib". BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Türkiyəli nazir buna görə Qabon hökuməti və rəsmilərinə təşəkkür edib: "Cəsədin paytaxt Librevilə aparılması üçün helikopter ayrılıb. Cənazə sabah Librevildən hərəkət edəcək Türkiyə Hava Yolları ilə Azərbaycana təhvil veriləcək". Qeyd edək ki, yanvarın 23-də Nigeriya sahillərində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılov həlak olub.

Nə düşünürsən?