COVAX proqramı artıq əhəmiyyətini itirir

  • 02.03.2021
  • 0

Ölkələr vaxtında peyvənd ala bilmir, ədalətli bölgü təmin olunmur
Gürcüstanda koronavirusa qarşı peyvəndin gecikməsi ilə bağlı ciddi narazılqıalr var.

Əslində COVAX proqramı çərçivəsində fevralda Gürcüstana gətirilməsi nəzərdə tutulan vaksin hələ də müxtəlif səbələrdən ölkə sərhədlərini keçə bilməyib.

Gürcüstan Səhiyyə Nazirinin müavini Tamar Qabuniya:

"Fevral ayının ortalarında peyvəndin ilk dozalarının ölkəyə çatdırılması planlaşdırıldığı zaman, Kovax Gürcüstan tərəfinə bildirdi ki, Pfizer peyvəndinin istehsalçısı əlavə maliyyə öhdəliyi tələb edir. Hansı ki, bunun ölkənin texniki hazırlığı ilə heç bir əlaqəsi yoxdur".

Gürcüstan Səhiyyə Nazirliyi bildirir ki, belə iddialar öhdəliyin yerinə yetirlməməsi üçün bəhanədən başqa bir şey deyil. Səhiyyə Nazirliyi COVAX-ı əsassız iddialara görə və vaksini gecikdirdiyi üçün məhkəməyə verəcəyini də istisna etmir. Qeyd edək ki, COVAX, COVID-19 peyvəndlərinin mərkəzləşdirilmiş şəkildə satın alınması və paylanması üçün yardılan platformadır. Yəni məqsəd əslində kasıb ölkələrin də vaksini ala bilməsi, preparatın bərabər paylanmsını təmin etməkdir.

Peyvənd tədarükünün fevral ayının sonunda başlanacağı və birinci mərhələdə 145 ölkədə əhalinin yüzdə 3-dən çoxunu peyvəndlənməsi deyilsə də, hələ ki proqramdan yararlan yeganə ölkə qana olub.

Bu isə onu göstərir ki, COVAX təşəbbüsü üzv ölkələrin vaxtında vaksinlərlə təmin olunmasına, vaksinlərin ölkələr arasında ədalətli şəkildə bölüşdürülməsinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir.

Azərbaycanın bu məsələyə çox həssas yanaşdığı məlumdur. Prezident İlham Əliyev dəfələrlə problemə münasibətini bildirib. Fevralın 26-da yerli və beynəlxalq mətbuat nümyəndələri üçün keçirdiyi mətbuat konfransında da vaksinlərin ölkələr arasında düzgün bölüşdürülməməsi məsələsinə bir daha toxunub.

Ekspertlərin fikrincə, bu işdə ortaya çıxan problemlər birbaşa COVAX layihəsinin təşəbbüskarlarının səriştəsizliyi ilə bağlıdır. Layihə çərçivəsində vaksinlərin ədalətlilik prinsipi ilə bölünəcəyi vəd olunsa da, bu, əməldə görünmür. Digər problem isə ondan ibarətdir ki, istehsalçı şirkətlər kommersiya maraqlarını üstün tutaraq, varlı ölkələrə lazım olandan artıq vaksinlər göndərirlər. Məsələn dünya əhalisinin cəmi 14 faizinin yaşadığı inkişaf etmiş ölkələr bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər. Nəticədə, COVAX layihəsi çərçivəsində digər ölkələrə paylanmalı olan vaksin dozalarının sayı xeyli azalır və gecikmələr olur.

Vaksinlərin bir neçə ölkənin əlində cəmləşməsi və digər ölkələrin vaksinsiz qalması isə pandemiya ilə mübarizəyə mənfi təsir göstərir.

Nə düşünürsən?