Ərdoğan Makronla görüşdü

  • 03.03.2021
  • 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa prezidenti Emmanuel Makron arasında videokonfrans formatında görüş keçirilib.

"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti özünün “Telegram” kanalında məlumat verib.“Bu axşam əziz qardaşım, Fransa prezidenti Makronla videokonfrans formatında görüş keçirdik.

 
Görüşümüz zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələləri də müzakirə etdik.

Fransanın koronavirusla mübarizəsini yaxından izlədiyimizi bildirdiyim görüşdə, epidemiyada həyatını itirən Fransa vətəndaşlarına başsağlığı verdim.

Türkiyədə vaksinasiya kampaniyasını çox sıx bir şəkildə davam etdirdiyimizə görə, məhdudiyyətlərin tədricən aradan qaldırmağa başladığımızı cənab Makrona anlatdım.

Görüş zamanı I Fransua və Sultan Süleyman Qanuni tərəfindən məktub mübadiləsi ilə qurulan bu dostluğun bir çox çətinliklərdən keçdiyini vurğuladım və əməkdaşlığın çox ciddi bir potensiala sahib olduğuna inandığımı bildirdim.

Terrorla mübarizə başda olmaqla bir çox mövzuda Fransa ilə həmrəylik içində hərəkət etmək arzusundayıq”, -deyə R.T.Ərdoğan qeyd edib.

Nə düşünürsən?