Erməni dilində səlis danışan kəşfiyyatçımız şəhid oldu

  • 03.12.2020
  • 0

Xidmət yolaşları onu "Mixaylo" kimi tanıyıb sevmişdi. Xezerxeber.az-ın məlumatına görə, ingilis, rus və erməni dillərini bilən kəşfiyyat komandiri Mixayıl Həmidovdan gedir. Mixayıl Həmidov Füzuli uğrunda gedən döyüşlərdə bir neçə düşmən postunun ələ keçirilməsində xüsusi rol oynayıb. O qədər qorxmaz olub ki, düşmənlə üz-üzə gəlib, əlbəyaxa döyüşməkdən belə çəkinməyib. Elə bu qorxmazlığına görə düşmən hərbçiləri onun qarşısında davam gətirə bilməyib, öz postlarını qoyaraq qaçıblar. Hərbçi yoldaşları peşəkar kəşfiyyatçı və cəsarətli döyüşçü olduğu üçün ona "Mixaylo" adı veriblər. O, əsl kəşfiyyatçı olub və bacarıqları sayəsində ordumuzun sürətlə irəliyə doğru getməsinə şərait yaradıb. Mixayıldan geriyə indi balalarının, ailəsinin yeganə təsəllisi olan şəkil qalıb. O şəkil ki, şəhadətə yüksəlmədən öncə çəkdirmiş və ailəsinə göndərmişdi. Rahat uyu, igid! Bu xalq Mixayloları unutmaz, qəhrəmanlarını yaddan çıxarmaz!