İrəvan PUA-dan qorunmağın yolunu “tapdı”

  • 03.03.2021
  • 0

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan peyk naviqasiya sistemlərini dəf etmək üçün hazırlanmış X-100 elektron mübarizə “stansiyası”nı təqdim edib.

Axar.az xəbər verir ki, Arşakyan stansiyanın məqsədinin GPS, GLONASS, PUA-lar və digər avadanlıqların naviqasiya sistemlərinin fəaliyyətini 100 km-ə qədər məsafədə bloklamaqdan ibarət olduğunu bildirib.

Arşakyan bu “stansiyanın” hansı peyklə və necə işlədiyini açıqlamayıb.

Qeyd edək ki, 44 günlük müharibədə Azərbaycan PUA-larının zərbəsinin yaratdığı xof Ermənistanda davam edir. Hələ o zaman Ermənistan “yüksək keyfiyyətli” dronlarını nümayiş etdirməkdən belə utanmırdı.

Nə düşünürsən?