İtkin düşən iki əsgərimiz tapıldı

  • 20.01.2021
  • 0

Vətən müharibəsində şəhid olan daha iki əsgərimiz Gəncədə dəfn olunub. APA TV-nin yerli bürosunun məlumatına görə, 44 günlük Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ordumuzun 2 əsgəri - 1988-ci il təvəllüdlü Kazımov Xuduş Həsən oğlu və 1992-ci il təvəllüdlü Məmmədov İlkin Cəmil oğlunun nəşi Gəncə şəhərinə gətirilib. Hər iki şəhidlə onların yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra şəhidlər Gəncədəki Şəhidlər xiyabanına aparılıb. Şəhidlərlə vida mərasimində ailələri, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib. Hər iki şəhid Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb. Qeyd edək ki, Xuduş Kazımov və İlkin Məmmədov Vətən müharibəsində itkin düşən 50 hərbçidən idi. Allah rəhmət eləsin!