Köçəryan yenidən hakimiyyət iddiasındadır

  • 05.03.2021
  • 0

Robert Köçəryan yenidən siyasi arenaya qayıtmağa cəhd edir
İrəvanda rusiyalı jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Ermənistanın sabiq prezidenti Robert Köçəryan bəyan edib ki, hazırkı hakimiyyət xalq qarşısında diz çökməli, üzr istəməlidir. Şərəfləri varsa, özlərini güllə ilə vurmalıdırlar.

Ermənilərin vaxtı ilə "şərəfsiz Köçəryan" adlandırdıqları Robert indi şərəfdən danışır.

Bəşəriyyətə,insanlığa qarşı törədilən cinayətlər heç vaxt unudulmur, tarixə yazılır. Əli Azərbaycan xalqının qanına batan, uşaq cəlladı olan Ermənistanın sabiq prezidenti Robert Köçəryanın cinayətləri də məhs bu qəbildəndir. O həm də öz xalqının qatilidir. Köçəryan-Sarkisyan rejimi Ermənistanı fəlakətə, köləliyə sürüklədi.

Bu gün Köçəryan yenidən siyasi arenaya qayıtmağa cəhd edir. Müxtəlif bəyanatlarla çıxış edir, kütləvi informasiya vasitələrinə müsahibələr verir. Bir sözlə qoca qatil öz xalqını "manipulyasiya" etməyə çalışır.

R.Köçəryan və Ermənistanda revanşizm motivasiyasında olanlar Azərbaycanın dəmir yumruğunu unutmamalıdır. Prezident İlham Əliyevin bu çıxışı hələ uzun illər onların yaddaşından silinməyəcək.

Azərbaycan Prezidentinin bu sözləri cinayətkar cütlüyün kabusuna çevrilib. Ermənistana diz çökdürən o dəmir yumruq yerindədir.
Bu həmin yumruqdur ki, "keçilməz" Ohanyan səddini darmadağın edərək, Köçəryan-Sarkisyan ordusunu məhv etdi.

Azərbaycanın qələbəsi Robert Köçəryanın "keçmiş şanlı tarixi" üzərindən böyük bir xətt çəkib və o, bunu həzm edə bilmir. Ekspertlərin fikrincə Köçəryan gəncliyindən 2020-ci ilin sentyabrın 27-sinə qədər nəyin uğrunda mübarizə aparmışdısa, Azərbaycan Ordusu erməni qatilinin bütün bu "mübarizəsini" sıfırladı. Azərbaycanın Dəmir Yumruğu Köçəryan və onun kimilərin kabusuna çevrilib.

REAL