Kredit borcu olanların nəzərinə!

  • 10.04.2020
  • 0

"Kredit tarixçələrinə "ləkə" düşə bilər”.

BAKU.WS “pravda”ya istinadən xəbər verir ki, bunu iqtisadçı Azər Mehtiyev deyib.

A.Mehtiyev xatırladıb ki, məlum olduğu kimi, uzunmüddətli istifadə üçün nəzərdə tutulan istehlak mallarını (mebel, məişət avadanlığı, elektronika və s.) kreditə verən firmalar karantin rejimi ilə bağlı kreditlərin ödənilməsində ləngimələrə görə faizin hesablanmasını aprel ayı üzrə dayandırdıqlarını bəyan ediblər.

Onun sözlərinə görə, belə firmalardan birindən bu gün zəng gəlib ki, krediti ödəməmisiniz: "Sonra özlərinin məlum bəyanatlarını xatırlatdılar.

Və dərhal xəbərdarlıq etdilər ki, firmanın cərimə faizlərinin hesablanmasını dayandırmasına baxmayaraq, kreditin vaxtında ödənilməməsinə görə sizin kredit ödənişiniz gecikmiş kimi qeydə düşəcək.

Sən demə, bu, məhz Mərkəzi Bankın hərəkətsizliyi üzündən baş verəcək: firmanın qərarına baxmayaraq Mərkəzi Bank hələ müvafiq sistemlərdə heç bir dəyişiklik etmədiyindən mövcud vəziyyət səbəbindən kredit ödənişlərində baş verən "icazəli" ləngimələr sistemdə məhz "kreditin vaxtında ödənilmədiyi" kimi qeydə alınacaq.

Bu isə ödəyicilərin kredit tarixçəsinə problem yarada və gələcəkdə onun "problemli ödəyicilər" qrupuna düşməsinə gətirib çıxara bilər”.

Nə düşünürsən?