Qabaq şüşələrə plyonka vurula bilərmi?

  • 24.02.2021
  • 0

Son günlər sosial şəbəkələrdə BŞBDYPİ-nin bölmə rəisi Vaqif Əsədovun avtomobillərin qabaq yan şüşələrinin 30, alın şüşəsinin isə 25 faiz tündləşməyə icazə verildiyi barədə videogörüntüsü kütləvi paylaşılır. 

Patrul.az qaynar xəttinə bununla bağlı xeyli vətəndaş sual göndərir. Təəssüf ki, bir çoxları qanunları bilmədiyindən, hətta ən xırda araşdırma belə etmədən bunun plyonkaya aid olduğunu bildirir. Lakin məsələ tamam başqadır. Patrul.az olaraq birbaşa Vaqif Əsədov ilə əlaqə saxladıq. O, bilirdi ki, "paylaşılan videogörüntü illər öncə televiziya kanallarına verdiyi müsahibədən bir hissədir. Orada qeyd olunan tündlük faizi isə təbii ki, plyonkaya yox, zavod tünd şüşələrə aiddir. Elə qanunun özündə də bu əksini tapıb."

 

Patrul.az olaraq qanunda necə olmasını qeyd edirik ki, vətəndaşlar çaşqınlığa düşməsin. 

 

 Minik avtomobillərinin şüşələrinin tündləşdirilməsi

“Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilmişdir.

 

Bu Qanunun tələblərinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.

 

Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:

 

Küləyə qarşı şüşələr üçün - 75 %

Küləyə qarşı olmayan digər şüşələr üçün - 70 %

 

Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır.

Nə düşünürsən?