Rus qoşunları Azərbaycandan necə çıxarılıb? - Tarixin bu günü

  • 25.05.2019
  • 0

Rus qoşunlarının Azərbaycandan çıxarılmasının 26-cı ildönümüdür.


Qeyd edək ki, 1992-ci il 15 mayda Daşkənddə keçmiş SSRİrespublikalarından qoşunların çıxarılması, nə qədər silahın həmin respublikalarda qalması haqqında hər bir ölkə ilə müqavilələr imzalanıb.


1993-cü ilin mayın 25-də 104-cü diviziyanın tərk etməsi ilə Rusiya qoşunları bütünlüklə Azərbaycandan çıxarılmış oldu.


Həmin dövrdə baş verənləri REAL-aMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov şərh edib.


Keçmiş SSRİ zamanında Azərbaycanda yerləşdirilən, tərkibində 4 motoatıcı, bir hava-desant diviziyası və 5 hərbi aerodromu olan 4-cü ordu 1993-cü il mayın 25-də ölkədən çıxarıldı.