Rusiya erməni quldur dəstələrini məhv edə bilər

  • 02.03.2021
  • 0

Rusiya silahının keyfiyyətini döyüş əməliyyatları zamanı yetərincə tətbiq edən Azərbaycan tərəfi təsdiqləyib. Ermənistan isə Rusiya silahının keyfiyyətsizliyindən danışaraq, biabırçı kapitulyasiyasına hansısa formada haqq qazandırmaq üçün bəhanə axtarır.

Bu barədə Axar.az-a beynəlxalq münaqişələr üzrə ekspert, rusiyalı hərbi müxbir Yevgeni Mixaylov bildirib.

Onun sözlərinə görə, İrəvan çox vaxt deyir ki, nəyisə düz başa düşməyib. Bu, onu göstərir ki, Ermənistanda siyasətçilər heç sadə davranmış qaydalarını bilmirlər:

“Biz bilirik ki, Azərbaycan Ordusu Rusiya silahlarından istifadə edib və bununla bağlı onlarda problem olmayıb. Yəni ermənilərin Rusiya silahının işləməməsi ilə bağlı bütün bu hay-küyləri bir daha Ermənistanın hazırkı ordusunun ən yeni silahlardan istifadə edə bilmədiyini göstərir. Bundan başqa, Rusiyaya qarşı bu cür hücumlar Ermənistan rəhbərliyinin vəziyyəti obyektiv qiymətləndirə, xarici siyasətdə prioritetləri müəyyənləşdirə bilmədiyini göstərir”.

Mixaylov qeyd etdi ki, yalnız Rusiyanın, sülhməramlıların və hərbi bazanın sayəsində Ermənistan bu gün bir dövlət kimi mövcuddur.

“Lakin İrəvan oynamaqda davam edir və təxribatlar etməyə çalışır. Rusiya öz silahının nə qədər güclü olmasını Ermənistana faktiki olaraq da göstərə bilər – Qarabağ meşələrində gizlənən erməni quldur dəstələrini məhv etməklə”, - deyə ekspert qeyd edib.

Nə düşünürsən?