Sərt karantin dövründə 17 milyon SMS-ə mənfi cavab verilib

  • 27.01.2021
  • 0

Ötən ilin ilin aprel ayında Elektron Hökumətin İnkişafı Mərkəzinin Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni yaradıb. 2020-ci il ərzində sistem üzərindən 1 milyon 270 mindən çox vətəndaşın və 139 mindən artıq qurumun fəaliyyətinə icazə verilib. Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) 2020-ci ilin yekunlarına həsr olunan hesabatında bildirilib. Qeyd olunub ki, il ərzində vətəndaşlardan SMS icazə sisteminə 112 milyondan artıq SMS daxil olub və 95 milyon müraciətə müvafiq icazələr verilib. 17 milyon müraciət isə mənfi cavablandırılıb/Report.

Nə düşünürsən?