ŞOK! Türkiyədən xüsusi qrup Ermənistana gəldi

  • 01.03.2021
  • 0

Ermənistanın “LIVEnews.am” internet resursu Türkiyədən 13 nəfərlik xüsusi bir qrupun Gürcüstan-Ermənistan sərhədini keçərək ölkəyə girməsi barədə iddialar yayıb.

Oxu24.com  xəbər verir ki, iddiaya görə, 3-cü səhra ordusunun əməliyyat şöbəsi, hərbi kəşfiyyat, planlaşdırma və kəşfiyyat-koordinasiya şöbəsinin nümayəndələrindən ibarət qrup Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi və digər əsas generalları zərərsizləşdirmək məqsədilə göndərilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti türk hərbçilərinin xüsusi bir qrupunun ölkəyə girməsi iddiası ilə bağlı şayiələri təkzib edib.

Qurum bəyanatında qeyd edib ki, Türkiyə silahlı qüvvələrinin xüsusi qrupunun ölkəyə daxil olması haqda xəbərlər yalandır: "Vətəndaşlarımızı bu cür dezinformasiyalara inanmamağa və ayıq-sayıq olmağa çağırırıq”.

Xatırladaq ki, Paşinyan Onik Qasparyanın vəzifədən azad edilməsi haqda prezidentə təqdimat göndərib. Lakin prezident Armen Sərkisyan bu təqdimatı imzalamayıb və geri qaytarıb. (Publika.az)

Nə düşünürsən?