SON DƏQİQƏ! : İrəvanda müharibə çağırışı.. - Türkiyə razı deyil?

  • 21.01.2021
  • 0

Regionda böyük müharibə təhlükəsi qalmaqdadır və Ermənistan bu müharibəyə hazırlaşmalıdır. Səyyar Tv xəbər verir ki, İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyanın bu sözlərini erməni mediası tirajlayıb. V.Voskanyan bu fikrini onunla əsaslandırıb ki, Qarabağ müharibəsi iştirakçıları “yekunlar”dan razı deyil; bu, sülhməramlılar qismində iştirak edə bilməyən, indi isə “Gəncədə hərbi mövcudluğunu təmin etməyə çalışan” Türkiyəyə aiddir: “Bundan başqa, Qarabağın Azərbaycanın tərkibinə daxil olmasını nəzərə alsaq, Rusiya hərbi nöqteyi-nəzərdən Azərbaycanda möhkəmlənib. Bütün bunların fonunda Ankara və Bakı Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında yerləşən Qarsda təlimlər keçirməyi planlaşdırır. Faktiki olaraq İsrail də istədiyi şeyi əldə etməyib”, - o qeyd edib. Xatırladaq ki, Türkiyə də daxil olmaqla, regional qüvvələr Qarabağda bərpa işlərinin başlanması və kommunikasiyaların inkişaf etdirilməsini istəyir, eyni zamanda Ermənistanın da prosesə qoşulmalı olduğunu bildirirlər. Ermənistanda isə revanş çağırışlar bitmək bilmir. ___________________________________________________________________________ ► Kanalda hər hansı video haqqında etirazınız olarsa , bizə bildirin. Video dərhal silinəcək. ► İnstagram : https://www.instagram.com/Seyyar_Tv

Nə düşünürsən?